Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək

İqtisadiyyat | 455 | 12:10 • 10 İyul 2019
Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək

Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.


"Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, Bakıdan iyulun 15-dən, Qazaxdan isə iyulun 16-dan etibarən 98/97 nömrəli Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarının ləğv olunması ilə əlaqədar Bakıdan iyulun 15-dən, Böyük Kəsikdən isə iyulun 16-dan etibarən 666/665 nömrəli Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir. Qatar Bakıdan saat 23:00-da yola düşəcək, saat 06:30-da isə Bakıya çatacaq. Eyni zamanda, qatar Böyük Kəsiyə saat 08:50-də çatacaq, saat 20:20-də Böyük Kəsikdən yola düşəcək.

Rubrikanın digər xəbərləri

Çox oxunanlar

Neftin bahalaşması davam edir
135 | 10:10 • 14 Aprel 2021