Bu şəxslərin maaşı artırıldı
Milli Məclisin iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
XəzərXəbər xəbər verir ki, "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:
"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.
Hazırki bənd isə belədir:
"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.
Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.
Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilir.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.