Xəzər Xəbər

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi proseduru sadələşdirilir

İqtisadiyyat | 13:02 • 6 Fevral 2019
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi proseduru sadələşdirilir

Azərbaycanda "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, "Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru ("Azərpoçt" MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.(report.az)

Xəbər lenti

Çox oxunanlar