Xəzər Xəbər

Qanunu pozan gömrükçülərə qarşı sərt tədbirlər görüləcək - Səfər Mehdiyev

İqtisadiyyat | 11:57 • 30 Yanvar 2019
Qanunu pozan gömrükçülərə qarşı sərt tədbirlər görüləcək -

Bu il də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər həyata keçiriləcək.


Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.


O bildirib ki, ötən il bəzi korrupsiya halları aşkarlanaraq bir neçə gömrük əməkdaşı vəzifələrindən azad edilib, barələrində cinayət işi açılıb: "Gömrükçülər daim peşələrinə sadiq qalmalı, öz fəaliyyətlərini gömrük qanunları çərçivəsində aparmalıdır. Həmçinin sahibkarlar da gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etməməlidir”. (AZƏRTAC)

Xəbər lenti