Xəzər Xəbər

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dollar aşkarlanıb - FOTO

İqtisadiyyat | 11:54 • 8 Oktyabr 2018
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dollar aşkarlanıb -

Gömrük əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.


DGK-dan xezerxeber.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinəsində radio-moqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar - 16085 ABŞ dolları aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti