Xəzər Xəbər

"Azərişıq": Bakıda enerji verilişi bərpa olunub

İqtisadiyyat | 10:46 • 21 İyul 2018
"Azərişıq": Bakıda enerji verilişi bərpa olunub

Ötən gün Bakının Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bəzi yerlərində elektrik enerjisinin verilişində yaranan problem axşam saatlarında aradan qaldırılıb.

Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.


Onun sözlərinə görə, elektirik enerjisinin verilişi "Azərişıq”-ın daxili şəbəkələri hesabına bərpa olunub, hazırda təchizatda problem yoxdur.

Xəbər lenti