Xəzər Xəbər

Yeni binalarda parklanma yeri ilə bağlı təkliflər hazırlanıb

İqtisadiyyat | 12:07 • 19 İyul 2018
Yeni binalarda parklanma yeri ilə bağlı təkliflər hazırlanıb

Bakı Nəqliyyat Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni binalarda parklanma yerinin təşkili ilə bağlı təkliflər göndərib.


AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli deyib.


O bildirilib ki, yeni tikilən və tikiləcək binalarda, həmçinin iaşə obyektlərində parklanma yerlərinin təşkili ilə bağlı Bakı Nəqliyyat Agentliyi dünya təcrübəsini araşdıraraq təkliflər hazırlayıb və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərib. Komitədən müsbət cavab gəlib. Təkliflər qanunvericiliyə uyğun formaya salınıb, hökumətə təqdim ediləcək.

Xəbər lenti