Xəzər Xəbər

Əhalinin gəlirləri 9,8 faiz artıb

İqtisadiyyat | 14:10 • 22 Aprel 2018
Əhalinin gəlirləri 9,8 faiz artıb

Yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalıb.

Xəbər lenti