Xəzər Xəbər

Ötən il strateji valyuta ehtiyatları xarici dövlət borcunu 2,9 dəfə üstələyib

İqtisadiyyat | 14:17 • 21 Fevral 2018
Ötən il strateji valyuta ehtiyatları xarici dövlət borcunu 2,9 dəfə üstələyib

"Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib".

Bu, Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Sənəddə ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində keçən il strateji valyuta ehtiyatları 11%-dən çox artdığı öz əksini tapıb.

"Ötən ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib", - deyə məlumatda vurğulanıb.

Xəbər lenti