Xəzər Xəbər

Daxili kredit kampaniyası başladı – Şəxsiyyət vəsiqəsi ilə mənzil al

İqtisadiyyat | 16:39 • 30 Noyabr 2017
Daxili kredit kampaniyası başladı

Tələb edilən sənədlərə və rəsmi əməkhaqqı məbləğinə görə bir çox ailə bank vasitəsilə (dövlət ipotekası) mənzil ala bilmir. Bunu nəzərə alan "Kristal Abşeron" şirkəti daxili kreditin müddətini uzadaraq "5 illik daxili kredit" kampaniyasına start verib. Kampaniya 31 yanvar 2018-ci il tarixinədək davam edəcək.

Daxili kredit nağd ödənişlə mənzil almağa pulu çatmayanlar üçün əla fürsətdir. Mənzilin dəyərinin bir hissəsini əlinizdəki pul ilə, qalan hissəsini isə 5 ilə müddətinə ödəyə bilərsiniz.

Şəxsiyyət vəsiqəsini götür, şirkətin ofisinə get

"Kristal Abşeron" şirkəti 20-yə yaxın yaşayış kompleksinin tikintisini həyata keçirir. İndi istədiyiniz layihədən tək şəxsiyyət vəsiqəsi ilə 5 illik kreditlə mənzil ala bilərsiniz. İlkin ödəniş 30 faiz təşkil edir. Mənzillər tam təmirli təhvil verilir.

Həmçinin "Kristal Abşeron" şirkəti bir neçə bank vasitəsilə 25 il müddətli ipoteka kreditini təklif edir. İlkin ödəniş 20 faiz, faiz dərəcəsi illik 7 faiz təşkil edir.

Novruz bayramını yeni evinizdə qarşılayın

"Kristal Abşeron" şirkəti Bakı, Xırdalan və Sumqayıt şəhərinin ən prestijli küçələrində yaşayış binaları tikir.

Şirkət bir-bir layihələrini təhvil verir. Sonuncu dəfə "Bayıl" layihəsini yaşayışa verən şirkət, gələn ilin fevral ayının sonunda "Azadlıq" metrosuna 2 addımlıq məsafədə yerləşən 8-ci mikrorayon layihəsini təhvil verməyi planlaşdırır. Siz də "Mikrorayon" layihəsinə gəlin, tam təmirli mənzil alın, Novruz bayramını ailənizlə birlidə yeni evinizdə qarşılayın.

Bundan başqa, "Kristal Abşeron" şirkəti Yasamalda tikdiyi yaşayış kompleksini 2017-ci ilin sonundan təhvil verməyə başlayacaq. Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan yaşayış kompleksinin yaxınlığında "İnşaatçılar" metrosu, "ASAN xidmət", banklar, 158 saylı orta məktəb, ticarət mərkəzləri, bazar, Rabitə qovşağı (ATS) və s. yerləşir.

Qışda isti, yayda sərin mənzillər

"Kristal Abşeron" layihələrində"TexnoNikol" şirkətinin izolyasiya sistemlərindən istifadə edilir. Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı "TechnoNikol" şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlara cavab verir. "TexnoNikol" şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzili isti, isti havada isə sərin saxlayır.

Keyfiyyətli materiallar ilə təmir

"Kristal Abşeron" şirkəti mənzilləri təmirli təhvil verir. Mənzillər İtaliyanın "Limonta şirkətinin divar kağızlarından, Rusiya istehsalı palıd parketdən, İspaniyanın "STN" firmasının kafel və metlaxlarından, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarlarından istifadə olunaraq təmir edilir. Mənzillərə Türkiyə istehsalı seyf giriş qapısı qoyulur.

Layihələr barədə daha ətraflı: https://www.facebook.com/KristalAbsheron/

http://kristalabsheron.az/

Tel: *1544

Xəbər lenti