Xəzər Xəbər

Dollar 3 aylıq maksimumu yenilədi

İqtisadiyyat | 13:19 • 27 Oktyabr 2017
Dollar 3 aylıq maksimumu yenilədi

ABŞ-da vergi islahatlarının təsdiqinin gözlənilməsi fonunda dolların məzənnəsi son 3 ayın maksimumuna yüksəlib.

XəzərXəbər APA-ya istinadən istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının büdcə qətnaməsini qəbul etdikdən sonra bu gün dolların məzənnəsində artım qeydə alınıb. Qeyd edək ki, Nümayəndələr Palatasında bu sənədin qəbulu Senatda sadə səs çoxluğu ilə ABŞ prezidenti Donald Trampın vergi islahatları paketini təsdiqləməyə imkanı verəcək. Bunun üçün respublikaçıların səsləri yetərli olacaq.

Bu arada Avropa Mərkəzi Bankının bəyanatından sonra avronun məzənnəsi aşağı düşməkdə davam edir. Belə ki, bu həftənin yekununa görə ucuzlaşma mart ayından bəri Avropanın vahid valyutasının məzənnəsinin maksimum dəyərdən düşməsi kimi yadda qalacaq.

Qeyd edək ki, İCE London birjasında dolların indeksi 0,2% yüksəlib. Ötən gün Moskva vaxtı ilə avronun məzənnəsi 1,1628 dollara bərabər olub ki, bu da Nyu-Yorkda sessiyanın bağlanışı zamanı qeydə alınan 1,1651 dollardan aşağı göstəricidir.

ABŞ dollarının Yaponiyanın milli valyutasına nəzərən məzənnəsi 0,2%, yəni 114,19 yenə qədər yüksəlib.

Siyasi qalmaqala görə Avstraliya dollarının ABŞ dollarına nəzərən məzənnəsi də son üç ayın ən minimum səviyyəsinə enib.

Xəbər lenti