Xəzər Xəbər

Bakının bu rayonunda qaz olmayacaq

İqtisadiyyat | 09:43 • 27 Oktyabr 2017
Bakının bu rayonunda qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


"Azəriqaz" İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, Xətai rayonu, General Şıxlinski küçəsi 2942 "B" ünvanında yerləşən yaşayış binasında istehlakçıların təbii qaza olan təlabatının təmin edilməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Gəncə, Babək prospektlərinin, Kombinat, Şirvani, X.Məmmədov, İnqilab İsmayılov və Mehmandarov küçələrinin, eləcə də Əhmədli kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.


Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.


"Azəriqaz" İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

Xəbər lenti