Xəzər Xəbər

Zuğulba prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İqtisadiyyat | 11:41 • 9 Oktyabr 2017
Zuğulba prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

"Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

ASC-dən xezerxeber.az-a verilən məlumata görə, Belə ki, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmayacaq). Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”, - deyə məlumatda qeyd olunur.

Xəbər lenti