Xəzər Xəbər

“Qazprom” Azərbaycanda nümayəndəlik açır – Rəsmi

İqtisadiyyat | 11:18 • 6 Oktyabr 2017
“Qazprom” Azərbaycanda nümayəndəlik açır

Rusiyanın "Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılması məsələsini təsdiqləyib.

XəzərXəbər-in məlumatına görə, bu barədə "Interfax”-a şirkətdən bildirilib.

"Qazprom" 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra "Şahdəniz" yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb. Azərbaycan təbii qaza olan tələbatını özü ödəməyə başlayıb. Hazırda "Qazprom” həm Azərbaycana qaz tədarükü, həm də birgə layihələrə maraqlıdır. Hazırda Azərbaycana qaz tədarükü ilə bağlı SOCAR-la danışıqlar gedir.

Xəbər lenti