Xəzər Xəbər

Ət istehsalı artıb

İqtisadiyyat | 11:18 • 16 Sentyabr 2017
Ət istehsalı artıb

Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 312,6 min ton olub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, süd istehsalı 1,3 faiz artaraq 1348,5 min ton, yumurta istehsalı 7,6 faiz artaraq 1154,4 milyon ədəd, yun istehsalı isə 3,5 faiz azalaraq 15,4 min ton təşkil edib.

2016-cı ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,5 faiz, bitkiçilik məhsullarının istehsalı 0,9 faiz artıb.

Xəbər lenti