Xəzər Xəbər

Kriştiano Ronaldo "Əl-Nəsr"lə müqaviləni uzadıb

İdman | 19:03 • 26 İyun 2025
Kriştiano Ronaldo "Əl-Nəsr"lə müqaviləni uzadıb

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr" futbol klubu ilə yeni müqavilə imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, 40 yaşlı portuqaliyalı ilə yeni müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, K.Ronaldu 2023-cü ildə “Əl-Nassr”a transfer olunub. Həmin ildə də futbolçu Ərəb Çempionlar Liqasının qalibi oldu.

 

Xəbər lenti

Çox oxunanlar