Basketbol üzrə Avroliqada sonuncu finalçı bəlli olub.
Xezerxeber.az xəbər verir, “dördlər finalı”nın ikinci oyununda Fransa təmsilçisi "Monako" Yunanıstanın "Olimpiakos" kollektivini 78:68 hesabı ilə məğlub edərək finala yüksəlib.
Komanda həlledici görüşdə Türkiyənin "Fənərbağça" klubu ilə üz-üzə gələcək.
Final Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək.