Xəzər Xəbər

Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib NƏTİCƏLƏR

İdman | 09:30 • 9 May 2025
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Budyo Qlimt” Norveçdə İngiltərənin “Tottenhem” komandasına 0:2 hesabı ilə uduzub. “Dumanlı Albion”un digər təmsilçisi “Mançester Yunayted” isə evdə İspaniya “Atletik”ini 4:1 hesabı ilə məğlub edib.

İlk görüşdə “Tottenhem” 3:1, “Mançester Yunayted” isə 3:0 hesabı ilə qalib gəldiyi üçün finala vəsiqə qazanıb.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

8 may

23:00. “Budyo Qlimt” (Norveç) - “Tottenhem” (İngiltərə) - 0:2

İlk oyun - 1:3.

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Atletik” (İspaniya) - 4:1

İlk oyun - 3:0.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar