Xəzər Xəbər

Mahir Emreli Almaniya klubundan ayrılacaq

İdman | 18:20 • 6 May 2025
Mahir Emreli Almaniya klubundan ayrılacaq

Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.

Xezerxeber.az 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.

Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.

Xəbər lenti

Çox oxunanlar