Xəzər Xəbər

İlon Mask və Mark Zukerberq arasında döyüş baş tutmayacaq

İdman | 15:30 • 5 Fevral 2025
İlon Mask və Mark Zukerberq arasında döyüş baş tutmayacaq

Amerikalı iş adamları İlon Mask və Mark Zukerberq arasında İtaliyada keçirilməsi planlaşdırılan döyüş baş tutmayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt müsahibəsində açıqlayıb.

O, tərəflərin döyüşün hansı çəki dərəcəsində keçiriləcəyi, nəyin qadağan olunacağı və nəyə icazə veriləcəyi ilə bağlı ortaq məxrəcə gələ bilmədiklərini söyləyib: “Bu döyüşün hekayəsi çox real idi. Mən döyüşün təşkili ilə bağlı danışıqlarda yaxından iştirak edirdim. Hər axşam həm İlon, həm də Markla bir saat telefonda danışırdım. Hətta İtaliya hökuməti ilə də bu barədə müzakirələr aparırdıq. Təəssüf ki, bir neçə məsələdə ortaq məxrəcə gəlmək mümkün olmadı”.

Qeyd edək ki, İlon Mask və Mark Zukerberq 2023-cü ilin iyun ayında MMA qaydalarına uyğun döyüşün keçirilməsi barədə razılığa gəlmişdilər.

Xəbər lenti