Xəzər Xəbər

"Qarabağ" yeni rekorda imza atıb

İdman | 13:11 • 19 Oktyabr 2024
"Qarabağ" yeni rekorda imza atıb

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Xezerxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.

Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən “Neftçi”nin rekordunu keçib.

“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.

Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.

Xəbər lenti

Çox oxunanlar