Xəzər Xəbər

Azərbaycan boksçusu Paris Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb

İdman | 01:02 • 10 Avqust 2024
Azərbaycan boksçusu Paris Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes "Paris-2024" Yay Olimpiya Oyunlarında final görüşünü keçirib.

Xezerxeber.az xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.

Rəqibinə məğlub olan boksçumuz Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominges ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bununla da Azərbaycan idmançıları Paris Olimpiadasında 5-ci medalı rəsmiləşdirib. Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.

Rubrikanın digər xəbərləri

Azərbaycan Qran-prisinin proqramı
Azərbaycan Qran-prisinin proqramı DƏQİQLƏŞDİ
13:03 • 11 Sentyabr 2024
Ronaldu tarixin ən yaxşı klubunun adını
Ronaldu tarixin ən yaxşı klubunun adını AÇIQLADI
10:06 • 11 Sentyabr 2024
Azərbaycan millisi Slovakiyaya
Azərbaycan millisi Slovakiyaya UDUZDU
00:49 • 9 Sentyabr 2024
Azərbaycan klubu Çempionlar Liqasının
Azərbaycan klubu Çempionlar Liqasının qalibi oldu
20:00 • 8 Sentyabr 2024
Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
Azərbaycan medal sıralamasında 28-ci yeri tutub Paris 2024
18:57 • 8 Sentyabr 2024
Bakıda şadlıq evində
Bakıda şadlıq evində YANĞIN
10:40 • 8 Sentyabr 2024

Xəbər lenti

Kərə yağı bahalaşıb VİDEO
20:39 • 11 Sentyabr 2024