Xəzər Xəbər

"Paris-2024": Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

İdman | 09:05 • 8 Avqust 2024
"Paris-2024": Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın daha üç idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Xezerxeber.az xəbər verir ki, onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.
Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.
Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirəcək.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Rubrikanın digər xəbərləri

Azərbaycan Qran-prisinin proqramı
Azərbaycan Qran-prisinin proqramı DƏQİQLƏŞDİ
13:03 • 11 Sentyabr 2024
Ronaldu tarixin ən yaxşı klubunun adını
Ronaldu tarixin ən yaxşı klubunun adını AÇIQLADI
10:06 • 11 Sentyabr 2024
Azərbaycan millisi Slovakiyaya
Azərbaycan millisi Slovakiyaya UDUZDU
00:49 • 9 Sentyabr 2024
Azərbaycan klubu Çempionlar Liqasının
Azərbaycan klubu Çempionlar Liqasının qalibi oldu
20:00 • 8 Sentyabr 2024
Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
Azərbaycan medal sıralamasında 28-ci yeri tutub Paris 2024
18:57 • 8 Sentyabr 2024
Bakıda şadlıq evində
Bakıda şadlıq evində YANĞIN
10:40 • 8 Sentyabr 2024

Xəbər lenti

Kərə yağı bahalaşıb VİDEO
20:39 • 11 Sentyabr 2024