Xəzər Xəbər

İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu oldu

İdman | 01:00 • 15 İyul 2024
İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu oldu

 Futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində İspaniya və İngiltərə milli komandaları qarşılaşıb.

Xezerxeber.az xəbər verir ki,  qarşılaşma İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub.

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.