Xəzər Xəbər

Fernandu Santuş Bakıda idman obyektləri ilə TANIŞ OLDU

İdman | 09:49 • 14 İyun 2024
Fernandu Santuş Bakıda idman obyektləri ilə

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub.

Xezerxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.

Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.

 

Xəbər lenti