Xəzər Xəbər

"Qarabağ" son 5 ildə ölkəsinə ən çox əmsal qazandıran ikinci komandadır UEFA REYTİNQİ

İdman | 14:25 • 5 İyun 2024
"Qarabağ" son 5 ildə ölkəsinə ən çox əmsal qazandıran ikinci komandadır

“Qarabağ” son 5 ildə avrokuboklarda ölkəsinə ən çox əmsal qazandıran ikinci komandadır.

Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi geridə qalan 5 mövsümdə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə 15,250 xalla töhfə verib.

Bu isə ölkənin son 5 ildəki ümumi reytinq xallarının (20,125) 75,78 faizini təşkil edir.

Azərbaycan çempionu bu göstəricidə yalnız İsveçrənin “Vaduts” klubundan geri qalır.

Qeyd edək ki, "Qarabağ" 2024-2025-ci illər mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. “Köhlən atlar” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024