Xəzər Xəbər

Çempionlar Liqasının ən yaxşı futbolçusu məlum olub

İdman | 18:39 • 3 İyun 2024
Çempionlar Liqasının ən yaxşı futbolçusu məlum olub

UEFA Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Xezerxeber.az-ın qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior layiq görülüb. Qərar UEFA-nın texniki müşahidəçilər qrupu tərəfindən qəbul edilib.

Braziliyalı futbolçu başa çatan mövsümdə Çempionlar Liqasında 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində 15-ci dəfə bu titulun sahibi olub.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024