Xəzər Xəbər

Azərbaycanın bədii gimnastları olimpiadaya lisenziya qazanıblar

İdman | 09:30 • 26 May 2024
Azərbaycanın bədii gimnastları olimpiadaya lisenziya qazanıblar

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Xezerxeber.az xəbər verir ki, yığmamız Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında buna nail olub.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib.

Yığmamız 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komandamız olimpiadaya vəsiqə qazanıb.

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, bədii gimnastlarımızdan Zöhrə Ağamirova da fərdi yarışlarda Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Rubrikanın digər xəbərləri

Ukraynadan ilk qələbə
Ukraynadan ilk qələbə AVRO-2024
19:26 • 21 İyun 2024
İspaniya 1/8 finalada
İspaniya 1/8 finalada Avro-2024
01:37 • 21 İyun 2024
Sloveniya - Serbiya matçında qalib olmadı
Sloveniya - Serbiya matçında qalib olmadı AVRO-2024
19:35 • 20 İyun 2024
Azərbaycan millisi FIFA reytinqində
Azərbaycan millisi FIFA reytinqində neçəncidir?
12:00 • 20 İyun 2024
Almaniyadan növbəti qələbə
Almaniyadan növbəti qələbə AVRO-2024
22:59 • 19 İyun 2024
Xorvatiya - Albaniya oyununda SÜLH
Xorvatiya - Albaniya oyununda SÜLH AVRO-2024
18:42 • 19 İyun 2024
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi BƏLLİ OLDU
14:30 • 19 İyun 2024

Xəbər lenti