Xəzər Xəbər

AFFA-nın 2023-cü il üzrə gəlirləri açıqlanıb

İdman | 10:44 • 2 Aprel 2024
AFFA-nın 2023-cü il üzrə gəlirləri açıqlanıb

AFFA-nın Hesabat-Seçki konfransında qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.

UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.

Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.

AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənəndir. 

Xərclərin 12 806 378 manatı milli komandalara sərf olunub.

Bununla yanaşı, 4 503 450 manat əmək haqqı və ezamiyyə xərclərinə, 1 978 885 manat isə U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə xərclənib.

Ümumi xərclərin 3 783 min 469 manatı hakimlər və hakim-inspektorlara, 685 min 548 manatı təsərrüfat xərclərinə, 785 min 117 manatı oyunların təşkilinə, 335 min 869 manatı aviabilet və otel xərclərinə ayrılıb.

229 973 manatı nəqliyyat xərclərinə, 170 370 manatı kommunal və rabitə xərclərinə, 161 786 manatı təhsilə, 273 064 manatı Marketinq və Sponsorluq Departamentinə, 408 097 manatı "Elit Məşq", 54 030 manatı "Futbol dərsi" layihəsinə, 1 100 429 manatı VAR layihəsinin tətbiqinə, 681 157 manatı isə digər xərclərə ayrılıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024