Xəzər Xəbər

“Qarabağ” klubu yeni rekorda imza atıb

İdman | 10:22 • 30 Mart 2024
“Qarabağ” klubu yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu ən erkən çempionluğu qazanıb.

Qurban Qurbanovun yetirmələri 2023/2024-cü illər mövsümünün çempionu adını XXVIII turda təmin edib. “Qarabağ” sona 8 tur qalmış qızıl medala sahib çıxıb.

Əvvəlki rekord da ağdamlılara məxsus idi. 2015/2016-cı və 2017/2018-ci illər mövsümlərində sona 4 tur qalmış çempionluğu təmin edən klub bu rekordu ikiqat üstələyib.

Xəbər lenti

Çox oxunanlar