Xəzər Xəbər

Rövnəq Abdullayev AFFA prezidentliyindən gedir

İdman | 15:42 • 1 Mart 2024
Rövnəq Abdullayev AFFA prezidentliyindən gedir

AFFA prezidenti Rövnəq Abdullayev qarşıdakı Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, funksioner qərarını milli assosiasiyanın İcraiyyə Komitəsinin bu gün Gəncə şəhərində keçirilən iclasından açıqlayıb.

R.Abdullayev bildirib ki, aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında öz istəyilə AFFA prezidentliyinə namizəd olmayacaq.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya rəhbərlik edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024