Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.
Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Matçın VAR hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXIII turdan təxirə salınmış oyun
28 fevral
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu