Xəzər Xəbər

“Qarabağ”ın futbolçusu 100-cü oyununu keçirib

İdman | 13:37 • 26 Fevral 2024
“Qarabağ”ın futbolçusu 100-cü oyununu keçirib

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Xezerxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki,24 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqasının XXIV turunun “Sumqayıt”la matçında gerçəkləşib.

Start heyətində meydana çıxan Elvin sabiq komandası ilə görüşdə “100”ə çatıb. 2019-2020 mövsümündə “Sumqayıt”ın futbolçusu kimi Premyer Liqada ilk matçına çıxan yarımmüdafiəçi 17 oyunda 2 qol vurub. “Qarabağ”da 83 oyuna çıxan futbolçu 6 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” matçında meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024