Xəzər Xəbər

Türkiyə Superliqasında XXVI tura yekun vurulub

İdman | 09:06 • 20 Fevral 2024
Türkiyə Superliqasında XXVI tura yekun vurulub

Futbol üzrə Türkiyə Superliqasında XXVI tura yekun vurulub.

Xezerxeber.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Eyni saatda başlayan matçlarda “Başakşəhər” “Kayserispor”u, “Beşiktaş” isə “Konyaspor”u qəbul edib.

İstanbul təmsilçilərindən biri uduzub, digəri isə qələbə qazanıb. “Başakşəhər” öz meydanında 2:3 hesabı ilə yenilib. “Beşiktaş” isə rəqibini 2 cavabsız qolla üstələyib.

Bu nəticələrdən sonra “Beşiktaş” 43 xalla 3-cü, “Başakşəhə”" 33 xalla 9-cu, “Kayserispor” 32 xalla 11-ci, “Konyaspor” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024