Xəzər Xəbər

"Qalatasaray" liderliyə yüksəlib

İdman | 09:11 • 11 Fevral 2024
"Qalatasaray" liderliyə yüksəlib

Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha iki oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" öz meydanında "Başakşəhər"lə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul klubu xallarını 66-ya çatdıraraq zirvəyə yüksəlib. Liderdən bir oyun az keçirən "Fənərbağça" isə 63 xalla hələlik 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda "Karagümrük" evdə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024