Xəzər Xəbər

Millətlər Liqası: Püşkatma mərasiminin başlama saatı açıqlanıb

İdman | 12:30 • 6 Fevral 2024
Millətlər Liqası: Püşkatma mərasiminin başlama saatı açıqlanıb

Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, fevralın 8-də baş tutacaq mərasim Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

C Liqasında Kosovo, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alan Azərbaycan millisinin mümkün rəqibləri məlumdur. Yığma 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya və Litva - Cəbəllütariq cütünün qalibi olacaq komandalardan ibarət qrupda yer alacaq.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan seçməsi Azərbaycan millisinə rəqib ola bilməz.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024