Xəzər Xəbər

“Qarabağ” “Səbail”lə, “Turan Tovuz” “Sabah”la qarşılaşacaq

İdman | 10:20 • 3 Fevral 2024
“Qarabağ” “Səbail”lə, “Turan Tovuz” “Sabah”la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Səbail” turnir cədvəlinin lideri “Qarabağ”ı qəbul edəcək. “ASCO Arena”da keçiriləcək görüş saat 15:00-da start götürəcək.

Digər oyunda isə “Sabah” və “Turan Tovuz” komandaları üz-üzə gələcəklər. “Bank Respublika Arena” keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024