Xəzər Xəbər

“Qarabağ”ın rəqibi Bundesliqada ardıcıl 13-cü qələbəsini qazanıb

İdman | 10:12 • 26 Noyabr 2023
“Qarabağ”ın rəqibi Bundesliqada ardıcıl 13-cü qələbəsini qazanıb

Noyabrın 25-də futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, turnir cədvəlinin lideri, UEFA Avropa Liqasında Ağdamın “Qarabağ” klubu ilə eyni qrupda yer alan “Bayer Leverkuzen” bu tur da qələbə qazanıb. Xabi Alonsonun yetirmələri bu dəfə səfərdə “Verder Bremen”i 3 top fərqi ilə məğlub edərək liderliklərini quruyublar. Bu, “Bayer Leverkuzen”in bütün turnirlər daxil olmaqla ardıcıl 13-cü qələbəsi olub.

Liderlik uğrunda mübarizə aparan komandalardan “Borussiya Dortmund” öz meydanında Münxenqladbax “Borussiya”sından üstün olub – 4:2.

Günün digər qarşılaşmaları isə aşağıdakı kimi nəticələnib:

“Frayburq” – “Darmştad” – 1:1

“Union” – “Auqsburq” – 1:1

“Volfsburq” – “Leypsiq” – 2:1

“Ayntraxt” – “Ştutqart” – 1:2.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024