Xəzər Xəbər

Canni De Byazinin hesabatı məlum oldu

"Daha yaxşı işlər görə biləcəyimizə ümid edirdim"
İdman | 14:28 • 22 Noyabr 2023
Canni De Byazinin hesabatı məlum oldu

İtaliya mətbuatı Azərbaycan milli komandası ilə yollarını ayıran baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinin fövqəladə iclasında AFFA rəhbərliyinə verdiyi hesabatı açıqlayıb.

AZƏRTAC yerli KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis yığıncaqda yığmaya rəhbərlik etdiyi 3 il ərzində komandanın inkişaf etdiyini və tarixi uğura imza atdığını bildirib.

“İlk dəfə beş komandalı qrupda 7 xal topladıq. Həmçinin ardıcıl beş oyunda qələbə qazandıq ki, indiyədək Azərbaycan millisinin tarixində belə nəticə olmamışdı. Belçika ilə ilk matçda, Avstriya və İsveçlə görüşlərdə sərgilədiyimiz oyunla düzgün yolda olduğumuzu göstərdik. Yaxşı oyunçulardan ibarət maraqlı komanda formalaşdırdıq. Buna baxmayaraq, artıq burada qalmaq istəmirəm. Beləliklə, mən bütün şübhələri və çaşqınlığı aradan qaldırıram. Siz istədiyiniz seçimi etməkdə sərbəstsiziniz. Hər şey üçün təşəkkür edirəm. Sizinlə işləmək xoş idi və mənim üçün əla təcrübə oldu. Daha yaxşı işlər görə biləcəyimizə ümid edirdim”, - De Byazi AFFA rəhbərliyinə hesabatında vurğulayıb.

Qeyd edək ki, AFFA-nın baş katibi Sərxan Hacıyev iclasdan sonra jurnalistlərə açıqlamasında Canni De Byazinin yığmadakı fəaliyyətinin müzakirə olunduğunu və onunla müqavilənin uzadılmamasına qərar verildiyini bildirib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024