Xəzər Xəbər

“Real Madrid” “Valensiya”nı böyük hesabla məğlub edib

İdman | 09:27 • 12 Noyabr 2023
“Real Madrid” “Valensiya”nı böyük hesabla məğlub edib

Futbol üzrə İspaniya La Liqasında 13-cü turun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, günün maraqla gözlənilən oyunlarından biri “Real Madrid” ilə “Valensiya” arasında olub.

Oyunda “Kral klubu” rəqibini 5:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran Karlo Ancelottinin yetirmələri ikinci pillədəki mövqelərini qoruyublar. “Valensiya” isə 18 xalla 9-cu pillədə qərarlaşıb.

Turnir cədvəlinə isə 34 xalla “Jirona” başçılıq edir.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024