Xəzər Xəbər

Braziliyanın “Fluminense” klubu tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub

İdman | 09:57 • 5 Noyabr 2023
Braziliyanın “Fluminense” klubu tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub

Braziliyanın “Fluminense” futbol klubu tarixində ilk dəfə Libertadores kubokunun qalibi olub.

Xezerxeber.az xəbər verir ki, Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən finalda komanda Argentinanın “Boka Xuniors” klubunu əlavə vaxtda məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Fluminense” heyətində 36-cı dəqiqədə German Kano, qonaqlardan isə 73-cü dəqiqədə Luis Advinkula imza atıblar.

Qalibin müəyyənləşdirilməsi üçün oynanılan əlavə vaxtda isə Con Kennedi (99-cu dəqiqə) komandasının qələbə qolunu vurub.

 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024