Xəzər Xəbər

Qurban Qurbanov püşkü DƏYƏRLƏNDİRDİ

İdman | 18:30 • 1 Sentyabr 2023
Qurban Qurbanov püşkü

"İddialı və maraqlı qrupa düşmüşük".

Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Ağdam təmsilçisi "Bayer" (Leverkuzen, Almaniya), "Molde" (Norveç) və "Hakken"lə (İsveç) birlikdə H qrupunda yer alıb.

Q.Qurbanov isə püşklə bağlı bunları söyləyib:

"Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Molde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024