Xəzər Xəbər

Bu gün “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək

İdman | 10:45 • 1 Sentyabr 2023
Bu gün “Qarabağ”ın qrup mərhələsindəki rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bəlli olacaq.

Ağdam təmsilçisi püşatmada ikinci səbətdə yer alacaq.

Qeyd edək ki, tədbir Bakı vaxt ilə saat 15:00-da baş tutacaq.

Avropa Liqası

Qrup mərhələsi

I səbət: “Vest Hem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Roma” (İtaliya),“Ayaks” (Niderland), “Vilyarreal” (İspaniya), “Bayer 04” (Almaniya), “Atalanta” (İtaliya), “Reyncers” (Şotlandiya)

II səbət: “Sportinq” (Portuqaliya), “Slaviya” (Çexiya), “Renn” (Fransa), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), LASK (Avstriya), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan)

III səbət: “Molde” (Norveç), “Brayton” (İngiltərə), “Şerif” (Moldova), “Union” (Belçika), “Frayburq” (Almaniya), “Sparta” (Çexiya), “Makkabi” (Hayfa, İsrail), “Şturm” (Avstriya)

IV səbət: “Tuluza” (Fransa), AEK (Yunanıstan), “Baçka Topola” (Serbiya), “Servett” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Rakuv” (Polşa), “Aris” (Kipr), “Haken” (İsveç)

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024