Xəzər Xəbər

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin etdi

İdman | 21:57 • 31 Avqust 2023
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin etdi

"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın "Olimpiya"sı ilə keçirilən cavab oyunu 1:1 hesabı ilə başa çatıb.

Ağdam təmsilçisinin futbolçusu Toral Bayramov 24-cü dəqiqədə topu rəqib komandanın qapısından keçirib.

“Olimpiya” komandasının oyunçusu Dioqo Pinto 36-cı dəqiqədə hesabı bərabərləşdirib.

Beləliklə, səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024