Xəzər Xəbər

Sürətli idman avtomobillərinin Lənkərana yürüşü təşkil edilib FOTOLAR

İdman | 09:35 • 11 İyun 2023
Sürətli idman avtomobillərinin Lənkərana yürüşü təşkil edilib

İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) ölkəmizdə avtomobil idmanının təşviqi istiqamətində daha bir layihə həyata keçirib və Bakıdan Lənkərana sürətli idman avtomobillərinin yürüşü təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edib. Eləcə də layihənin sponsorları olan avtomobil dillerləri tərəfindən də təqdim olunan sürətli idman avtomobilləri yürüşə qatılıb. Qeyd edək ki, layihənin baş sponsoru Nazar Holdings, eləcə də sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar şirkətləridir.

Gözəl görüntüyə malik və xüsusilə də gənclər arasında böyük marağa səbəb olan sürətli idman avtomobillərini paytaxt sakinləri və şəhərimizin qonaqları yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin qarşısında da izləyə biliblər. İdman avtomobilləri Bakının cəlbedici məkanlarından keçərək Lənkərana yola düşüb.

Lənkəranda iştirakçılar üçün AAF tərəfindən xüsusi maarifləndirici və əyləncəli proqram hazırlanmışdı.

“Yürüş iştirakçıları Lənkəranda Heydər Əliyev adına parkda təşkil edilən “Avropa şəhərciyində” də olublar. Burada qonaqlar Avropa İttifaqı ölkələri, onların İyunun 10-da Azərbaycan Avtomobil Federasiyası (AAF) ölkəmizdə avtomobil idmanının təşviqi istiqamətində daha bir layihə həyata keçirib və Bakıdan Lənkərana sürətli idman avtomobillərinin yürüşü təşkil olunub.

Xezerxeber.az-ın məlumatına görə, Bakı-Lənkəran marşrutu üzrə keçirilən yürüş səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Yürüşdə Avtomobil Federasiyasında bu tədbir üçün qeydiyyatdan keçmiş idman avtomobilləri iştirak edib. Eləcə də layihənin sponsorları olan avtomobil dillerləri tərəfindən də təqdim olunan sürətli idman avtomobilləri yürüşə qatılıb. Qeyd edək ki, layihənin baş sponsoru Nazar Holdings, eləcə də sponsorlar - Lamborghini Baku, Ferrari Baku, Lankaran Springs, Premium Bank, Karabakh Motors, GreenCar şirkətləridir.

Gözəl görüntüyə malik və xüsusilə də gənclər arasında böyük marağa səbəb olan sürətli idman avtomobillərini paytaxt sakinləri və şəhərimizin qonaqları yürüşün başladığı məkandan - Heydər Əliyev Mərkəzinin qarşısında da izləyə biliblər. İdman avtomobilləri Bakının cəlbedici məkanlarından keçərək Lənkərana yola düşüb.

Lənkəranda iştirakçılar üçün AAF tərəfindən xüsusi maarifləndirici və əyləncəli proqram hazırlanmışdı.

“Yürüş iştirakçıları Lənkəranda Heydər Əliyev adına parkda təşkil edilən “Avropa şəhərciyində” də olublar. Burada qonaqlar Avropa İttifaqı ölkələri, onların tarixi, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edib.

AAF pilotlarının iştirakı ilə Lənkəran şəhərində drift şou da keçirilib. Avtomobilin idarə olunan sürüşməsi, həyəcan səsi ilə cəlb edən drift şou avtomobil həvəskarlarına adrenalin dolu hisslər yaşadıb.

Daha sonra isə Azərbaycan Avtomobil Federasiyasının yürüş iştirakçıları üçün hazırladığı əyləncə proqramı təqdim olunub.

“Ən çox bəyənilən avtomobil” və “Ən maraqlı geyim tərzi” nominasiyaları üzrə seçilən iştirakçılar mükafatlandırılıb.

Yürüş iştirakçıları viktorinaya qoşularaq avtomobillər haqqında sualları da cavablandırıblar. Qaliblərə AAF və tədbirin sponsorları tərəfindən hədiyyələr verilib.

Lənkərana avtomobil yürüşü çərçivəsində Azərbaycan Avtomobil Federsiyasının əməkdaşları Lənkəran Şəhər Qarışıq Tipli Uşaq Evini də ziyarət edib, müxtəlif yaş qruplarından olan uşaqları hədiyyələrlə sevindirib, həm də onlar üçün nahar yeməyi təşkil edib. AAF tərəfindən Uşaq Evinə müxtəlif zəruri məişət avadanlıqları da verilib.

Rubrikanın digər xəbərləri

Türkiyədən Avropa çempionatına inamlı
Türkiyədən Avropa çempionatına inamlı QƏLƏBƏ
22:42 • 18 İyun 2024
Belçika millisi ilk oyunda məğlub olub
Belçika millisi ilk oyunda məğlub olub AVRO-2024
22:43 • 17 İyun 2024
Rumıniya Ukraynanı məğlub edib
Rumıniya Ukraynanı məğlub edib AVRO-2024
19:06 • 17 İyun 2024
İngiltərə millisi turnirə qələbə ilə
İngiltərə millisi turnirə qələbə ilə BAŞLAYIB
01:30 • 17 İyun 2024
Niderland millisindən əzmkar
Niderland millisindən əzmkar qələbə
19:08 • 16 İyun 2024

Xəbər lenti