Xəzər Xəbər

Zlatan İbrahimoviç karyerasını başa vurdu

İdman | 16:00 • 5 İyun 2023
Zlatan İbrahimoviç karyerasını başa vurdu

İtaliyanın “Milan” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurub.

Xezerxeber.az xəbər verir ki, Zlatan İbrahimoviç bu qərarını İtaliya çempionatının “Milan” və “Verona” klubları arasında keçirilən sonuncu oyunundan sonra elan edib.

“Futbola əlvida deməyin vaxtı çatıb, lakin mən sizinlə vidalaşmıram”, - deyə məşhur forvard azarkeşlərinə müraciətində bildirib. Qırx bir yaşlı hücumçu zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxmaq məcburiyyətində qalıb.

“Malmö” klubunun yetirməsi olan Zlatan İbrahimoviç karyerası ərzində “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ və “Mançester Yunayted” kimi klublarla çıxış edib və çox sayda nüfuzlu mükafatlar qazanıb. 2001-ci ildən şərəfini qoruduğu İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib. O, ən çox qol vuran oyunçu kimi İsveç milli komandasının tarixinə düşüb və ölkəsində 12 dəfə ilin futbolçusu seçilib.

Xəbər lenti