Xəzər Xəbər

Dünya çempionatı: Azərbaycan millisi üçüncü səbətdə yer alacaq

İdman | 18:41 • 2 İyun 2023
Dünya çempionatı: Azərbaycan millisi üçüncü səbətdə yer alacaq

İyunun 8-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılacaq.

Xezerxeber.az xəbər verir ki, artıq komandalar səbətlərə bölünüblər.

Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış üçüncü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıblar. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.

Elit-raundda 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda dörd komanda ev-səfər prinsipi olmaqla mübarizə aparacaq.

Avropa zonasına yeddi yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.

Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə ev sahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq.

Elit-raundun pley-off oyunlarının püşkü gələn il yanvarın 25-də, oyunları isə aprelin 8-dən 17-dək keçiriləcək. Mərhələnin oyunları sentyabr-dekabr aylarında keçiriləcək.

Xəbər lenti