Xəzər Xəbər

Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli olub

İdman | 08:57 • 1 İyun 2023
Rafael Ağayevin “Karate Combat”dakı növbəti rəqibi bəlli olub

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi bəlli olub.

Xezerxeber.az xəbər verir ki, idmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dən olan Coş Kuayhagenlə qarşılaşacaq.

Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.

Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.

Xəbər lenti