Xəzər Xəbər

“Qarabağ” klubu öz rekordunu təkrarlayıb

İdman | 17:09 • 9 May 2023
“Qarabağ” klubu öz rekordunu təkrarlayıb

“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə 26-cı qələbəsini qazanıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.

Xezerxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.

Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015-2016-cı il mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Q.Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.

Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

Xəbər lenti