Xəzər Xəbər

“Arsenal” klubu tarixi uğura imza atıb

İdman | 16:00 • 4 May 2023
“Arsenal” klubu tarixi uğura imza atıb

İngiltərənin “Arsenal” futbol klubu tarixi uğura imza atıb.

Xezerxeber.az xəbər verir ki, klub cari mövsüm keçirdiyi 12 London derbisinin 10-dan qalib ayrılıb.

İki matçda isə heç-heçə edib. Bu göstərici ilə komanda rekord müəyyənləşdirib. Belə ki, “Arsenal” bir mövsümdə 10 London derbisini qazanan ilk klubdur.

Hazırda “Arsenal” klubu 78 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komandanı lider “Mançester Siti”dən 1 xal ayırır.

Xəbər lenti